III qrup üzrə qəbul imtahanın cavabları açıqlandı

img

04-07-2011 [11:05]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlər TQDK-nın saytına daxil olaraq Azərbaycan və rus bölməsi üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarına baxa bilərlər. Qeyd edək ki, TQDK iyulun 3-də 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. İmtahan Respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 3, Gəncədə 6, Sumqayıtda 6 binada keçirilib. İmtahana orta ümumtəhsil müəssisələrindən 2508 nəzarətçi-müəllim, 247 imtahan rəhbəri cəlb olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR