Vaqif ibrahimoğlu vəfat edib

img

13-05-2011 [11:02]


Azərbaycanın görkəmli rejissoru, ?Yuğ? Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında 62 yaşında ağır xəstəlikdən vəfat edib. V.İbrahimoğlu öz evində dünyasını dəyişib. Məlumatı ?Yuğ? Dövlət Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov təsdiqləyib. O, bildirib ki, ilkin məlumata görə, V.İbrahimoğlu ilə vida mərasimi sabah Teatr Xadimləri İttifaqının binasında keçiriləcək. Vaqif İbrahimoğlu Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən bəri ?Yuğ? teatrının rəhbəri olub. Bir neçə dövlət mükafatlarına layiq görülüb. ?Yuğ? Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA