Gənc Tamazaçılar Teatrı Lənkərana gedir

img

16-06-2011 [12:04]


Bu il iyun ayının 21-dən 27-dək Lənkəran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə ?Yeni Teatr? II Respublika festivalı keçiriləcək. Festivalda iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyun ayının 24-də Lənkəran şəhərinə yola düşəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, II Respublika Festivalında teatr Braziliya dramaturqu G. Fiqeyredonun ?Ezop? tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Əsas rollarda Əməkdar artistlər İlqar Cahangirov, Leyli Vəliyeva, Nofəl Vəliyev, aktyorlar Rövşən Abbasov, İradə Rəşidova və Vüsal Mehrəliyev çıxış edəcəklər. Festivaldan sonra teatr növbəti məzuniyyət ərəfəsində ? iyul ayının 4-dən yenə Dövlət Proqramı çərçivəsində bölgələrimizdə yaşayan əhalinin asudə və istirahət vaxtının səmərəli keçirilməsini təmin etmək üçün Göyçay, Yevlax və Mingəçevir bölgələrinə qastrol səfərinə yola düşəcək. Kollektiv səfər zamanı bölgə tamaşaçılarına M. F. Axundovun ?Sərgüzəşti vəziri- xani ?Lənkəran? tamaşasını təqdim edəcək. Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov və başqaları ifa edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA