Taleh Şahsuvarlı Əflatun Amazova səsləndi

img

05-05-2011 [12:46]


?Xəbər portallarının media etikasına əməl edib-etməməsi ilə bağlı jurnalistlərin özündən ibarət ictimai təsisatların yaradılması vacibdir?. Bu sözləri Sosial İnformasiya Agentliyinin direktoru, Axar.az portalının rəhbəri Taleh Şahsuvarlı Mətbuat Şurasının sədri Əflatun Amaşovun internet portallarının fəaliyyətinə nəzarət edəcək altqurumun yaradılmasının zəruriliyinə münasibət bildirərkən deyib. Taleh Şahsuvarlı qeyd edib ki, Mətbuat Şurasının nəzdində belə bir təsisatın yaradılmasını prinsipcə dəstəkləyir və hesab edir ki, bu zərurət internet medianın artan gücündən doğub. ?Amma yaradılacaq qurum təkcə nəzarət həyata keçirməməlidir, eyni zamanda, internet medianın problemlərini araşdırmalı və həllinə yardım göstərməlidir. O cümlədən KİV-in İnkişafına Dövlət Yardım Fondu da inernet medianın güclənməsinə maliyyə ayırmalıdır?- deyə portal rəhbəri vurğulayıb. Direktor deyib: ?Biz Axar.az portalını təsis etmiş Sosial İnformasiya Agentliyi olaraq Mətbuat Şurası ilə bu istiqamətdə əməkdaşlığa hazırıq. Amma təəssüf edirik ki, agentliyimiz bir ildən artıqdır ki, Mətbuat Şurasına üzv olmaq üçün Əflatun Amaşova rəsmən müraciət etsə də, bizim məsələmiz qurumun İdarə Heyətinin iclasına çıxarılmayıb. Halbuki bu dövrdə ictimai rəyə təsiri və peşə etikasına münasibəti Sosial İnformasiya Agentliyi ilə müqayisədə xeyli aşağı olan bir çox KİV Mətbuat Şurasına qəbul edilib. Eyni zamanda təəssüfləndirici haldır ki, mənim jurnalist hüquqlarımın Milli Məclis tərəfindən kobudcasına pozularaq parlamentə akrreditasiya olunmamağımla bağlı Mətbuat Şurasına etdiyim müraciət də hələki müzakirəyə çıxarılmayıb. Mən müraicətlərimizin nəticəsi ilə bağlı məlumat almaq üçün hörmətli Əflatun Amaşovla və Şuranın digər səlahiyyətli şəxsləri ilə dəfələrlə əlaqə saxlamışam. Axırıncı dəfə Əflatun Amaşov məni arxayın etdi ki, may ayı ərzində hər iki müraciətimiz İdarə Heyətinin gündəliyinə daxil ediləcək. Əgər problem ay ərzində həll olunmasa, Sosial İnformasiya Agentliyi olaraq digər internet portallarının təsisçiləri ilə birgə müstəqil qurum yaratmalı olacağıq. Amma daha yaxşı olardı ki, bu iş Mətbuat Şurasından kənarda baş verməsin. Zənnimcə, Mətbuat Şurası internet medianın inkişafına ?reket jurnalistika? ilə mübarizədən daha çox maraqlı olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR