300-dən çox etirazçı döyüldü, həbs olundu

img

17-04-2011 [06:01]


Aksiyada polis etirazçılara qarşı zorakılıq edir. 100-lərlə etirazçı həbs olunub. Azərbaycan Xalq Partiyasının lideri, sabiq deputat Pənah Hüseyn və müsavatçı professor Aqil Qeybulla polislər tərəfindən həbs olunanlar arasındadır. Polislər bir neçə jurnalist Şahvələd Çobanoğlu, Natiq Cavadlı və Rövşən Hacıyevi ?Azərtac?ın qarşısından əl və ayaqlarıyla vura- vura uzaqlaşdırıblar. ?Azərtac? Dövlət Teleqraf Agentliyinin qarşısında yerli televiziyalardan şikayətlənən bir nəfəri polis saxlayıb. AzadlıqRadiosunun müxbiri bildirir ki, həmin ərazidə hər adama bir mülki geyimli şəxs var. İctimai Palata polis tərəfindən saxlanılanların siyahısını yayıb. İctimai palata Aksiyada 60-a yaxın şəxsin saxlandığını deyir. AXCP 50-yə yaxın fəalının həbs olunduğunu deyir. AXCP sədrinin köməkçisi Faiq Əmirov bildirib ki, saxlananlar arasında AXCP sədrinin müavini Gözəl Bayramova, AXCP Naxçıvan Təşkilatının sədri Asəf Quliyev, AXCP sədrinin müşaviri Şakir Abbasov, AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynova, AXCP funksionerləri Ramiz Əhədov, Səadət Qabilqızı da var. Onları Yasamal və Nəsimi polis bölməsinə aparıblar. Müsavat Partiyası 17 aprel mitinqində polisin 100 nəfərə yaxın aksiya iştirakçısını saxladığını bildirib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan bəyanatda deyilir ki, saxlananlar əsasən Nəsimi Rayon Polis İdarəsinə aparılıblar: ?Bir sıra aksiya iştirakçısına qarşı zorakılığa yol verilib və onlar avtobuslarda, polis idarəsində döyülüblər. Saxlananların bir qrupu şəhər kənarına aparılaraq orada sərbəst buraxılıblar?. Müsavat Partiyası bütün bunları ölkədə demokratiyaya, vətəndaşların sərbəst toplaşmaq azadlığına və siyasi hüquqlarına qarşı növbəti qəsd kimi dəyərləndirir və saxlananların dərhal azadlığa buraxılmasını, dinc insanlara qarşı zorakılıq edənləri və buna göstəriş verənlərin cəzalandırılmasını tələb edir. 1. Hüseyn Məlik - Müsavat Partiyası Səbail rayon təşkilatının sədri 2. Füzuli Cərullayev - Müsavat Partiyasının Səbail rayon təşkilatının üzvü 3. Rasim Abbasov - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü 4. Faiq Qasımov - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü 5. Əliş Əziz - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü 6. Əhliman Hüseynli - Müsavat Partiyasının Binəqədi rayon təşkilatının üzvü 7. Sənani Məmmədli - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü 8. Sabit Hacılı - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü 9. İzzət Məmmədov - Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının sədri 10. Zahir Feyzullayev - Müsavat Partiyası Abşeron rayon təşkilatının sədri 11. Əlihüseyn Ağayev - Müsavat Partiyası Xətai rayon təşkilatının üzvü 12. Elman Türkoğlu - KXCP üzvü 13. Cavid Möcətli - bitərəf 14. Hacıbala Abdullayev - bitərəf 15. Fuad Talıbov - bitərəf 16. Hüseyn Heydərov - bitərəf 17. Elşad Budaqov - Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvü 18. Rauf Məmmədov - Müsavat Partiyası Gənclər Təşkilatının fəalı 19. Fəxrəddin Abbas - Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının üzvü 20. Nurlan Qasımov - Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvü 21. Afət Hüseynov - Müsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvü 22. Ağanəcəf Cəbrayılzadə - bitərəf 23. Vidadi Feyzi - Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini 24. Aqil Həsənov - Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü 25. Pənah Hüseyn - İcitmai Palatanın Koordinasiya Şurasının üzvü 26. Ayaq İmranoğlu - şair, Müsavat Partiyası Xətai rayon təşkilatının üzvü 27. Rahib Ümman - şair, bitərəf 28. Cahid İmanov - Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü 29. Etibar Salmanlı ? ?Nida? Vətəndaş Hərəkatının üzvü 30. Niyaz Nəsirov - Müsavat Partiyası Xətai rayon təşkilatının sədr müavini 31. Eynulla Əzizov - Müsavat Partiyası Masallı rayon təşkilatının üzvü 32. Rüfət Əliyev - bitərəf 33. Niyaməddin Musayev - bitərəf 34. Bəxtiyar Tağıyev - Müsavat Partiyası Nizami rayon təşkilatının üzvü 35. Şahin bəy - Müsavat Partiyası Nizami rayon təşkilatının üzvü 36. Toğrul - gənc fəal 37. Fuad Hacıyev - ?Nida? Vətəndaş Hərəkatının üzvü 38. Rüfət Hacıbəyli - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü 39. Vasif Sadıqov - bitərəf 40. Nəriman Nəzərov - xəstə yanına gedən 41. Kərim Şükürov - xəstə yanına gedən 42. Adı dəqiqləşdirilməyən müəllim - Müsavat Partiyası Masallı rayon təşkilatının üzvü 43. Ramiz Əhədov - AXCP üzvü 44. Tağıyev Fədai - KXCP üzvü 45. Fikrət Cəfərov - KXCP 46. Ağasif Şakiroğlu 47. Qiyas Sadıqov - AXP 48. Nazim Əliyev - Müsavat Partiyası Qubadlı rayon təşkilatının üzvü 49. Əliqəmə Xəlilov - Müsavat Partiyası Qubadlı rayon təşkilatının üzvü 50. Adil Qeybulla - Müsavat Partiyasının üzvü 51. Yaşar Türkazər - Müsavat Partiyasının üzvü 52. Əli Qarayev - Müsavat Partiyasının üzvü 53. Gözəl Bayramova (AXCP sədrinin müavini) və daha 8 nəfər qadın 54. Roder Strit - İsveçdən olan jurnalist 55. Şarlotta Uijkstrom - İsveçdən olan jurnalist. Təşkilatçılarin verdiyi son məlumata görə, aksiya ərzində 300 nəfər yaxın adam saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR