ViP-lə ALP Bəhreyn hakimiyyətinə qarzı çıxdı

img

17-03-2011 [03:48]


Vətəndaş və İnkişaf Prtiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) Bəhreyndə dinc əhalinin gülləbaran edilməsinə qarşı etiraz bəyanatı verib. MİA-ya daxil olan bəyanatda bildirilir: 2011-ci ilin ilk həftələri dünyada, xüsusilə bir sıra ərəb ölkələrində mütləqiyyət və avtoritar rejimlərə qarşı inqilab dalğasının baş qaldırması ilə əlamətdar oldu. Bu inqilabi proseslər nəticəsində ərəb dünyasının Tunis və Misir kimi əhəmiyyətli ölkələrində onillilklər boyu hakimiyyətdə olmuş avtoritar rejimlər devrildi, demokratiyaya keçid üçün ciddi zəmin yaradıldı. Tunis və Misir inqilablarının təsiri ilə digər ərəb dövlətlərində də analoji proseslər vüsət aldı. Diktatura rejimlərinin hakim olduğu Yəmən, İordaniya, Mərakeş və Bəhreyndə ümumxalq narazılığı səngimir və etiraz aksiyaları davam etdirilir. Bunula belə, adları çəkilən bəzi ərəb dövlətlərinin rəhbərliyi demokratiya və ədalət tələbi ilə meydanlara çıxan xalqın genişmiqyaslı etiraz aksiyalarını boğmaq məqsədilə yolverilməz üsullara əl atır, öz vətəndaşlarına qarşı güc tətbiqindən çəkinmir. Həmin ölkələrdə baş verən qarşıdurmalarda xeyli insan ölüb və yaralanıb. Son günlərdə əhalisinin mütləq əksəriyyəti şiə olsa da, monarxiya hakimiyyətinin sünni azlığa mənsub olduğu Bəhreyn rəhbərliyi genişlənən ümumxalq etirazını yatırtmaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gətirilmiş xüsusi cəza dəstələrinin iştirakı ilə dinc nümayişçiləri gülləbaran etdirib. Nəticədə xeyli insan qətlə yetirilib və yaralanıb, nüfuzlu müxalifət liderləri həbs olunub, ölkədə görünməmiş repressiyalara başlanılıb. Müsəlman dünyasının məzhəb bölgüsünü qəbul etməməklə yanaşı, siyasi proseslərin həllində bu kimi məsələlərin qabardılması, təriqət mənsubluğuna görə insanların hakimiyyətə buraxılmamasını, azadlıqlarınını tanınmamasını və hətta qətlə yetirilməsini qətiyyətlə pisləyir, yolverilməz hesab edirik. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) Bəhreyn xalqının demokratiya uğrunda mübarizəsini dəstəklədiyini bəyan edir və dünya birliyini Bəhreynin monarxiya rejiminin törətdiyi qanlı cinayətlərə təpki göstərməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA