Milli Məclisdən məcburi köçkün ailələrinə bayram sovqatı

img

17-03-2011 [12:56]


Milli Məclisin bir qrup nümayəndəsi Novruz bayramı münasibəti ilə Qobustan rayonunda məskunlaşmış Laçın, Cəbrayıl, Ağdam, Kəlbəcər, Xocalı, Şuşa və Füzuli rayonlarından olan məcburi köçkünlərə baş çəkiblər. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətini rayon icra hakimiyyətinin rəhbərliyi qarşılayıb. Qobustan rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüş olub. Çıxış edən Milli Məclisin işlər müdirinin müavini Şadət Nağıyev Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını məcburi köçkünlərə çatdırıb, Novruz bayramı münasibətilə Milli Məclisin rəhbərliyi və deputatları adından onları təbrik edib. Bildirib ki, ölkə Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinə həmişə diqqət və qayğı ilə yanaşır. Söhbət zamanı ölkə prezidentinin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inam ifadə edilib. Rayon icra hakimiyyəti başçısının müavini Füzuli Güləliyev rayonda məskunlaşmış 166 məcburi köçkün ailəsinə göstərilən daimi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Tədbirdə çıxış edən məcburi köçkünlər əziz bayram günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdar olduqlarını və Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliklərini bildiriblər. Sonda məcburi köçkün ailələrinə bayram sovqatı paylanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA