MMP mitinqlərini davam etdirməyə qərar verdi

img

16-03-2011 [02:15]


Müasir Müsavat Partiyasının dünən keçirdiyi mitinqdə polisin aksiya iştirakçılarına qarşı etdiyi zorakılıq, etikasız hərəkətləri, nalayiq sözlərlə təhqir etmələri bu gün partiyanın İdarə Heyətində müzakirə edilib. Müzakirələr zamanı dövlətin ?Sərbəst toplaşmaq haqqında? qanunu pozması və ümumiyyətlə, konstitusiyaya edilən hörmətsizlik qınanılıb. Polislər tərəfindən həbs edilən partiya üzvlərinin bölmədə əl izlərinin alınmasına cəhd edilməsi məsələsi isə toplantı iştirakçılarının hiddətinə səbəb olub. Ölkədə hökm sürən özbaşınalıq, söz azadlığına qarşı bu cür təcavüz etmək, qanunları tapdalamaq, sosial problemlərin həllində heç bir müsbət addımların atılmamasına cəhd edilməməsi, korrupsiyaya qarşı saxta mübarizənin aparılması MMP-ni məcbur edir ki, aksiyalarını davamlı şəkildə həyata keçirsin. Qeyd edək ki, MMP-də yaradılmış mitinq komitəsinə aksiyaların keçirilməsi ilə bağlı tapşırıq verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA