Artur Rasizadə: "2010-cu ildə Azərbaycanda 73 min yeni iz yeri açılıb"

img

15-03-2011 [04:05]


Bu gün Azərbaycan Milli Məclisinin (MM) yaz sessiyasının növbəti iclası başlayıb. Baş nazir Artur Rasizadə, hökumət üzvləri hökumətin 2010-cu il üzrə hesabatını təqdim etmək üçün parlamentin iclasında iştirak edirlər. Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov hökumətin 2010-cu il fəaliyyəinə dair hesabatının müzakirəsi zamanı bildirib ki, ötən il ölkədə Ümumi Daxili Məhsulun real artımı 5 %, neft sektorunda isə 7,9 % olub. Spiker qeyd edib ki, 2010-cu ildə Azərbaycan iqtisadi artıma görə MDB-də birinci yeri tutub. Spikerin sözlərinə görə, Azərbaycan beynəlxalq qurumların qiymətləndirməsinə görə, investorlar üçün cəlbedici ölkədir. Əsasən respublika iqtisadiyyatına investisiya həcmi 14 milyard manar olmaqla, 32, 4 % artıb. Azərbaycanın strateji valyuta ehtiyatları isə 2011-ci ilin əvvəlinə 30 milyard dollar təşkil edir. Azərbaycanın baş naziri Artur Rasizadə osə çıxışı zamanı bildirib ki, 2004-2010-cu illər ərzində Azərbaycanın neft üzrə ümumi daxili məhsulu 2 dəfə, sənaye istehsalı - 2, 8 dəfə, investisiya yatırıçı - 2, 9 dəfə, əhalinin əmanəti - 12 dəfə, əhalinin gəliri- 4, 5 dəfə, mimimum əməh haqqı isə 7,1 dəfə artıb. "Bu müddət ərzində dövlət büdcəsinin gəlirləri 9, 3 dəfə, büdcə xərcləri - 9,5 dəfə, sosial müdafiəyə büdcə xərcləri - 5, 3 dəfə, təhsilə - 5 dəfə, müdafiəyə 8, 7 dəfə, dövlət investiisya yatırımına 47, 6 dəfə artıb", deyə Rasizadə əlavə edib. Baş nazir bildirib ki, 2004-2010-cu illər ərzində Azərbaycanda 913 min, 2010-cu ildə isə 73 min yeni iş yeri açılıb. Azərbaycanda yoxsulluq dərəcəsi ötən il 9, 1 % olub. 2010-cu ildə Azərbaycanda 51 mln ton neft və 20, 2 milyard kubmetr qaz hasil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR