Əvəz Temirxan, Mirmahmud Mirəlioğlu, Əli Əliyev görüzdülər

img

15-03-2011 [03:06]


Martın 15-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və VİP sədri Əli Əliyev arasında görüş keçirilib. MİA-nın görüş VİP ilə ALP-nin müxalifətdaxili inteqrasiya prosesinin gücləndirilməsi təşəbbüsü çərçivəsində başlanmış müzakirələrin davamı olaraq baş tutub. Partiya sədrlərinin görüşündə ölkədə yaranmış siyasi vəziyyət və regionda cərəyan edən proseslər geniş müzakirə olunub. Tərəflər cəmiyyətdə fəallığın artırılması və demokratiya uğrunda mübarizənin arzuedilən nəticəyə yetişməsi üçün əsas müxalifət qüvvələrinin bir arada olmasının zəruriliyini vurğulayıblar. ALP, KXCP və VİP sədrləri bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə dair razılığa gəliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA