?isa Qəmbərlə Əli Kərimli bu dəfə də bir yerdə ola bilməyəcəklərini ortaya qoydular?

img

15-03-2011 [01:32]


Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı İctimai Palatının fəaliyyətini və tutduğu yolu tənqid edib. Bununla Bağlı açıqlama verən AİDP sədri parlament seçkilərindən əvvəl səsləndirdiyi fikirləri xatırladıb: ?Seçkilərdən əvvəl müxalifət düşərgəsinin durumunu təhlil edərkən demişdim ki, müxalifətin ağsaqqalı yoxdur. Bildirmişdim ki, iqtidara ədalət dərsi keçmək istəyən müxalifətin özünün də ədalət dərsi deyə bilən ağsaqqala ehtiyacı var. Demişdim ki, ağsaqqal rolunu Alternativ Parlament oynaya bilər. Düzdür, müxalifət seçkidən sonra İctimai Palata yaratdı. Amma müşahidələrə əsasən deyə bilərəm ki, bu qurum nəinki xalqa, heç müxalifətin özünə belə ağsaqqallıq etmək iqtidarında deyil?. T.Abbaslının fikrincə, müxalifət İctimai Palata yaratmaqla düşrəgədə olan qarışıqlığı aradan qaldırmaq istəsə də bu alınmadı: ?Çünki İctimai Palata bir neçə nəfərin inhisarındadır. Çox komik bir səhnə yaranıb. Palatada ictimailikdən əsər-əlamət yoxdur. Adını Xüsusi Palata qoysalar daha yaxşı olardı?. AİDP sədri hesab edir ki, əslində İctimai Palata müxalifət düşürgəsində olan problemləri bir daha ortaya qoymüş oldu: ?Bəlli oldu ki, özünü ana müxalifət hesab edən qüvvələr bir-birilərinə güvənmir. Məlum oldu ki, həmişə olduğu kimi dialoq alınmır. Dəfələrlə birləşib ayrılan İsa Qəmbərlə Əli Kərimli bu dəfə də bir yerdə ola bilməyəcəklərini ortaya qoydular?. Son günlər keçirilən mitinqlərlə bağlı fikir bildirən AİDP sədri deyib ki, İctimai Palatanın mitinqlər təşkil etməsini düzgün saymır: ?İctimai Palata əslində problemlərin müzakirə mərkəzinə çevrilməli idi. Burada müxalifətin problemləri ilə yanaşı ölkənin üzləşdiyi problemlər də müzakirə olunmalıydı. İctimai Palatada təmsil olunan inhisarçılar isə qurumu mitinq ruporuna çevirmək istəyir. Göründüyü kimi alınmır, hesab edirəm ki. alınmayacaq da. Çünki, qeyd etdiyim kimi, bura toplaşan təşkilatlar, xüsusilə də şəxslər bir-birilərini əsasən qəbul etməyən insanlar və təşkilatlardır?. AİDP sədri onu da bildirib ki, əslində İctimai Palatada birinci şəxslərin təmsil olunması düzgün deyil: ?Cəmiyyət İctimai Palatanın da sədrliyində siyasi partiyaların liderlərini gördüyü üçün ona etimad etmir. Əslində İctimai palata rəngarənglik yaratmalıdır. Rəngarənglik isə ancaq yeni nəslin yeni siyasi düşüncələrindən və ictimai istəklərindən təşkil tapa bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA