AMiP-dən hakimiyyətə sərt tələblər

img

14-03-2011 [05:11]


Azərbaycan Milli İstiqlal Partuiyası (AMİP) martın 12-də Müsavat Patrıyasının keçirdiyi aksiyanın dağıdılması və aksiya iştirakçılarının həbs olunması ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda deyilir: ?Ölkədəki mövcud problemlərə və hakimiyyətin yürütdüyü yartımaz siyasətə qarşı haqq səsini çıxaran insanlara yönəlik zor işlədilməsi, onların Konstitusiyada nəzərdə tutulan hüqularının kobud surətdə tapdanması qəbul edilməzdir və bu cəmiyyətdəki getdikcə artan təbii narazılıqların güc vasitəsi ilə boğmağa növbəti cəhddir?. Bəyantada söz və mətbuat azadlıqlarının pozulduğunu vurğulayan partiya həbs olunmuş aksiya iştirakçılarının dərhal azadlığa buraxılmasını qətiyyətlə tələb edir. AMİP dünya ictimaiyyətini də Azərbaycanda gedən proseslərə diqqət yetirməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA