Müsavatın mitinqi ilə bağlı həbslər bazladı

img

12-03-2011 [12:49]


Müsavat Partiyasının bu gün Fəvvarələr meydanında keçirəcəyi mitinqlə bağlı həbslərə başlanılıb. Bu gün Sumqayıtda Müsavat şəhər təşkilat sədri Fəxrəddin Abbas polislər tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb. Bu gün polislər mərhum jurnalist Elçin Səlcuqun oğlu Səlcuq Elçini yaşadığı ünvana gələrək ona mitinqə getməmək üçün xəbərdarlıq ediblər. Müsavat.comun məlumatına görə, polislər bölgələrdən Bakıya gələn avtomobillər saxlayaraq sərnişinləri sorğu-sual edirlər. Onlar sərnişinlərin mitinqdə iştirak edib-etməmələri ilə maraqlanırlar. Bundan əlavə Müsavat Partiyasının qərargahının yaxınlığında polislər və mülki geyimli şəxslər toplaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA