Ana Vətən Partiyası 11 martla bağlı bəyanat verdi

img

10-03-2011 [06:09]


?Azərbaycanı Ərəb dünyası ilə əsasız olaraq müqayisə etməyə çalışan, ölkəni inqilablara sürükləyərək anarxiya yaratmaq məqsədini güdən layihələr Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının mətbəxində hazırlanan və ənənəvi xarakter daşıyan çirkin əməllərin tərkib hissəsidir?. Bu fikirlər Ana Vətən Partiyasının bəyanatında yer alıb. MİA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan gəncliyinin imkanlarından korporotiv maraqlar naminə istifadə etməyə cəhd edən və daha çox xarici himayədarlarının sifarişlərini yerinə yetirən antimilli qüvvələr sosial şəbəkələrin imkanlarından yararlanaraq, gənclərimizi çaşdırmaq məqsədi güdür. Ayrı-ayrı epitetlər, cazibəli çağrışlar arxasında gizlənənlər unutmalı deyillər ki, ərazimizin 20 faizi işğal altındadı və sosial şəbəkəni yaradan, ondan öz məqsədləri üçün istifadə edən transmilli qüvvələrin ?Azərbaycan layihəsi?ndə məqsədi işğal faktını deyuriləşdirməkdir, ölkəmizi zəif, gücsüz vəziyyətə salmaqdır. 11 Mart ?İnqilab?ına və digər şərti adların altında çağrışların məqsədi budur. Bu tip çağrışlar edənin də, çağrışlara qoşulanın da işğalçı ermənilərdən fərqi yoxdur. 20 faiz torpağı təcavüzə məruz qalan Azərbaycan gəncliyini vətənpərvərlik ruhunda tərbiyələndirmək, ermənilərin Azərbaycana qarşı törətdikləri faciələri elə o sosial şəbəkələr vasitəsilə dünya miqyasında virtual şəkildə təqdim etmək daha faydalı və əsl Azərbaycançılıq olardı. Bir qayda olaraq islahatlar inqilab yolu ilə deyil, təkamül yolu ilə ciddi və müsbət nəticələr verir. Ana Vətən Partiyası ölkə prezidenti İlham Əliyevin milli maraqlarımıza hesablanan, ərazi bütövlüyümüzün təminatına yönələn güzəştsiz siyasi kursunu önə çəkərək hər bir ölkə vətəndaşını, xüsusilə gələcəyimiz olan gəncləri antimilli viruslardan uzaq olmağa və ?Facebook?dakı dağıdıcı çağırışlara əhəmiyyət verməməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA