Müsavat Partiyası polisləri xalqa qarzı durmamağa çağırdı

img

10-03-2011 [05:43]


Martın 10-da Müsavat Partiyası polis əməkdaşlarına müraciət edib. Müraciətdə partiyanın martın 12-nə mitinq təyin etdiyi bildirilir: Bütün əhali ilə birlikdə siz də bu hakimiyyətin yaratdığı çətinlikləri çiyinlərinizdə gəzdirir, başqaları kimi az əmək haqqı almaqla istismar olunursunuz. Yüksək ranqlı məmurlar özlərinin çirkin əməllərini sizləri xalqa qarşı qoymaqla, sizə arxalanmaqla həyata keçirirlər. Əziz polislər! Hər bir cəmiyyətin inkişafı iki yoldan keçir: elm və təhsil; demokratiya və inteqrasiya. Qədim dövrlərdən başlanan insan hüquq və azadlıqları uğrunda mübarizə müasir dövrdə tarixin aparıcı xəttinə çevrilməklə son aylar ən stabil, uzunmüddətli, özlüyündə hakimiyyətlərinin sonu görünməyən ərəb ölkələrini də bürüyüb. Təəssüf ki, bu ölkələrin qəddar hakimiyyətləri polisdən, xüsusi təyinatlılardan və xidmət orqanlarından xalqa qarşı yararlanıb, dinc əhalinin kütləvi məhvini təşkil edib. Lakin bütün bu vəhşiliklərə baxmayaraq xalq qalib gəlib. Misirdə, Tunisdə bu əmrləri vermiş şəxslərin kimliyindən asılı olmayaraq icraçılar kütləvi surətdə cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən, hər kəsin dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə kütləvi tədbirlər keçirmək hüququ var. Konstitusiya norması icazə almadan, sadəcə müvafiq orqanları xəbərdar etməklə insanlara mitinq, küçə yürüşləri keçirmək hüquqi verir. ?Polis haqqında? qanuna görə, polisin əsas vəzifələrindən biri də şəxsiyyəti, insan hüquq və azadlıqlarını hüquqa zidd əməllərdən qorumaq, əhalinin təhlükəsizliyini təmin etməkdir. Həmin qanuna əsasən, insanın anatomik bütövlüyünə xəsarət yetirmək qəti qadağandır, bu, vəzifə səlahiyyətlərini aşma kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən qanunsuz əmr və sərəncamı yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur. Əziz polislər! Demokratik rejimlərdə də polislərin həyat tərzlərinə, yaşayışlarına baxın, avtoritar rejimdə özünüzün də - nə qədər fərqlidir. Sizi ölkə demokratikləşmə şansı əldə etdiyi bir vaxtda qanunlara əməl etməyə, qanunsuz əmr və sərəncamlara əməl etməməyə, xalqa qarşı durmamağa, onların yanında olmağa çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA