Hafiz Hacıyev Qərbi azəraycanlılardan kömək istədi

img

10-03-2011 [01:53]


Bu gün Müsair Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın sədri Hafiz Hacıyev əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı və iş adamları ilə görüş keçirib. MİA-nın məlumatına görə, görüşdə diktatorlara qarşı dünyanı bürümüş xalq üsyanları və bu hadisələrin artıq Azərbaycanda da reallaşması gözləntiləri müzakirə edilib. Müzakirələr zamanı məlum olub ki, ölkədə inqilaba zəmin yaradan əsas səbəblərdən ən başlıcası məmur özbaşınalığı, rüşvətin və korrupsiyanın pik həddə çatması, işsizlik, orduda anarxiya, söz azadlığının məhdudlaşdırılması, sahibkarların sıxışdırılması hökümət tərəfindən korrupsiyaya qarşı saxta mübarizənin kiçik nəvacibli dövlət məmurlarına vurduğu zərbədir. Toplantıda MMP-nin mart ayının ortalarına palnlaşdırdığı mitinq də müzakirə edilib. Partiya sədri H.Hacıyev mitinqin möhtəşəmliyini təmin etmək üçün Qərbi azərbaycanlılardan kömək istəyib. Son illər hakimiyyət tərəfindən sıxışdırılan narazı elektorat H.Hacıyevin bu təklifini razılıqla qarşılayıb. Əgər verilən sözlər tutularsa MMP-nin təşkil etdiyi mitinqin əsas özək hissəsini Qərbi azərbaycanlılar təşkil edəcək. Ehtimal etmək olar ki, həmin aksiyada Qərbi azərbaycanlıların problemlərinin həlli də tələb ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA