AiDP sədri ?Fikir otağı?nın yaradılmasını təklif edir

img

10-03-2011 [12:18]


AİDP sədri hacı Tahir Abbaslı yeni təkliflə çıxış edib. Zaman-zaman Azərbaycanla-Türkiyə arasında münasibətlərin pozulmasına səbəb olacaq olayların baş verdiyini önə çəkən partiya sədri bu problemləri ortadan qaldırmaq üçün iki ölkə arasında ?Fikir otağı?nın yaradılmasını təklif edir: ?Türkiyə ilə Azərbaycanın yürütdüyü siyasəti tənqid etmək niyyətində deyiləm. Amma bir sual məni həmişə düşündürür. Nə üçün bu iki qardaş ölkə arasında bəzən siyasi əlaqələrdə çatışmazlıqlar əmələ gəlir? Məsələn, elə götürək iki ölkə arasında baş verən bayraq problemini. Sərhəd açılımı ilə bağlı yaranmış gərginliyi də misal göstərmək olar. Hesab edirəm ki, bu tipli problemlərin yaranması iki ölkə arasında fikir birliyini inkişaf etdirən bir beyin mərkəzinin olmamasından irəli gəlir. Mən ilkin variant kimi bu mərkəzin ?Fikir otağı? adlandırılmasını təklif edirəm. Əlbəttə başqa adlar da təklif etmək mümkündür?. T.Abbaslı hesab edir ki, ?Fikir otağı?nda hər iki ölkədən olan müxtəlif sferaları təmsil edən insanların müxtəlif problemlər üzrə müzakirələrini təşkil etmək olar. Həmin müzakirələrdə həssas məsələlər üzrə ortaq məxrəc tapılar və xırda problemlər və anlaşlımazlıqlar böyüməmiş ortadan qaldırılar: ?Həm Türkiyədə, həm də bizdə siyasi və strateji araşdırmalar mərkəzləri mövcuddur. Lakin bu mərkəzlərin işi proqnoz verməkdən o tərəfə keçmir. Hesab edirəm ki, həmin mərkəzlər üzərlərinə düşən işin öhdəsindən gələ bilmədiklərinə görə, dadsız olaylar baş verir. Zənnimcə ?iki dövlət, bir millət? ideyasını daha da möhkəmləndirmək üçün bu təklifin reallaşması vacibdir?. ?Fikir otağı?nda müxtəlif sahələrin nümayəndələrinin təmsil olunmasıenı təklif edən AİDP sədrinin fikrincə bu təklifi hələlik Türkiyə ilə Azərbaycan arasında reallaşdırmaq lazımdır. Onun sözlərinə görə, daha sonra digər ölkələrlə də belə mərkəzlərin yaradılması istiqamətində işlər görmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA