ALDP hakimiyyətdən həbs olunan gənclərin azadlığa buraxılmasını istəyir

img

09-03-2011 [12:44]


Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi durum, qarşıdakı kütləvi aksiyalar və cari məsələlər müzakirə olunub. ALDP son günlərdə Bəxtiyar Hacıyevi, Dəyanət Babayevi, Səxavət Soltanlinin və Rəşadət Axundovunun həbslərini pisləyib, hakimiyyətdən onların təcili azad olunmasını tələb edib. ALDP hesab edib ki, hakimiyyət tərəfindən əsassız və səbəbsiz olaraq gənclərin həbsi xoşagəlməz nəticələr vəd edir. Gənclərin həbsi xüsusilə martın 11-i və 12-nə planlaşdırılan aksiyalarda kütləvi qarşıdurmaya səbəb ola bilər. ALDP bu qarşıdurmanın yaranmaması üçün Bəxtiyar Hacıyevi, Dəyanət Babayevi, Səxavət Soltanlinin və Rəşadət Axundovunun tezliklə azadlığa buraxılmasını və planlaşdırılan aksiyalarda mövcud qanunlara uyğun olaraq insanların sərbəst şəkildə toplaşmalarına şərait yaradılmasını və onların aksiyalarına müdaxilə olunmamasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA