Mehriban Əliyeva ABŞ səfiri ilə görüzüb

img

04-03-2011 [06:51]


Martın 4-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunan səfiri Metyu Brayza ilə görüşüb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva səfir M.Brayzanı yeni təyinatı münasibətilə təbrik edib. M.Əliyeva bildirib ki, o, M. Brayzanın Azərbaycandakı fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə əmindir. Heydər Əliyev Fondunun prezidenti Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. M. Əliyeva rəhbəri olduğu Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun keçirdiyi layihələr barədə səfirə məlumat verib. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Metyu Brayza təbriklərə görə, M. Əliyevaya minnətdarlığını bildirib. Səfir Heydər Əliyev Fondunun fəaliyyətinin ölkəmizin inkişafına yönəldiyini deyərək, Fondun xətti ilə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Metyu Brayza M.Əliyevanın rəhbərlik etdiyi təşkilatın Azərbaycanda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına xüsusi diqqətlə yanaşmasının beynəlxalq miqyasda da müsbət qarşılandığını deyib. Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA