Əli Əliyevlə Əvəz Temirxan inqilabi prosesləri müzakirə edib

img

07-03-2011 [04:07]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsi ilə VİP-in Mərkəzi Aparatının birgə toplantısı keçirilib. Yığıncaqda ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, ALP və VİP sədrlərinin müxalifət qüvvələrinin bir araya gəlməsinə dair irəli sürdükləri birgə təşəbbüs çərçivəsində keçirdikləri növbəti görüşlərin nəticəsi, Azərbaycanın da aid olduğu regionda cərəyan edən inqilabi proseslər və VİP ilə ALP-nin birgə addımlarının istiqamətləri müzakirə olunub. VİP sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxan müxalifətdaxili inteqrasiyanın gücləndirilməsi istiqamətində KXCP, ADP, Ümid və AMİP sədrləri ilə apardıqları müzakirələr barəsində ətraflı məlumat veriblər. Əlavə ediblər ki, qarşıdakı günlərdə son parlament seçkilərində iştirak etmiş digər partiyaların rəhbərləri ilə də analoji görüşlərin keçirilməsi nəzərdə tutulur. Ə.Əliyev və Ə.Temirxan eyni zamanda, ölkədə və regionda yaranmış vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında baş verən gəlişmələri geniş təhlil ediblər. Müzakirələrdə fəal iştirak edən ALP və VİP təmsilçiləri də müzakirə olunan məsələlərə münasibət bildiriblər. Çıxış edənlər diqqəti ilk növbədə iqtidarın ?antikorrupsiya tədbirləri?nin kosmetik xarakterli olduğuna və bu imitasiyanın ictimai etirazları daha da gücləndirdiyinə yönəldiblər. Natiqlərin yekdil fikri bundan ibarət olub ki, iqtidar təcili olaraq real inqilabi islahatlara başlamalıdır. Əks halda, nəticəsi bütövlükdə ölkə üçün ağır ola biləcək inqilabi proseslərin reallaşması qaşılmaz olacaq. Toplantıda ALP ilə VİP-in birgə fəaliyyətinni formaları da müzakirə olunaraq uyğun qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA