Hafiz Hacıyev mitinq keçirməklə bağlı Hacıbala Abutalıbova müraciət elədi

img

03-03-2011 [02:46]


Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin də iştirakı ilə Mitinq Komitəsi üzvlərinin birgə toplantısı keçirilib. MİA-nın məlumatına görə, toplantıda MMP-nin yaxın zamanlarda planlaşdırdığı aksiyanın tarixinin müəyyənləşməsi, aksiyanın texniki və təşkili məsələləri yenidən müzakirə edilib və bu günə qədər görülən işlər haqqında hesabat verilib. Toplantıda Mitinq Komitəsinə aksiyanın möhtəşəmliyini təmin etmək üçün xüsusi tapşırıq verilib. Bundan sonra aksiyanın vaxtının müəyyənləşməsi məsələsi müzakirəyə çıxarılıb. Hələlik razılığa gəlinib ki, MMP başqa təşkilatların yaxın vaxtlarda keçirmək istədikləri aksiyalarla növbəli şəkildə aksiyalara başlasın. Qeyd edək ki, MMP bu gün mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. BŞİH razılıq cavabı verdikdən sonra mitinqin vaxtı və yeri mətbuata açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA