ALP və ViP Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını tələb edir

img

05-03-2011 [05:03]


Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) Bəxtiyar Hacıyevin həbsilə bağlı birgə etiraz bəyanatı verib. MİA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Milli Məclisinə 07 noyabr 2010-cu ildə keçirilmiş deputat seçkilərində 17 saylı Yasamal üçüncü seçki dairəsində namizəd qismində iştirak etmiş Bəxtiyar Hacıyev iqtidarın siyasətini kəskin tənqid etdiyinə görə seçkidən sonra qanunsuz olaraq dəfələrlə ölkə ərazisindən xaricə buraxılmayıb: ? B.Hacıyev KİV-də iqtidarın siyasətinə qarşı kəskin çıxışlarını davam etdirmişdir. Son zamanlar isə o ərəb ölkələrində baş verən inqilabi proseslərə şərh vermiş, inqilab dalğasının Azərbaycana çatacağını vurğulamış, Sabirabad və Saatlı rayonlarında daşqın nəticəsində evsiz qalmış vətəndaşların və gənclərin Sumqayıt şəhər məhkəməsi qarşısında Cabbar Savalanlınln həbsinə etiraz aksiyalarının video görüntülərini Facebook sosial şəbəkəsində yaymışdır. İnternet şəbəkəsində geniş əlaqələrə malik olan B.Hacıyevin bu fəaliyyəti iqtidarı narahat etmiş və o martın 4-də Gəncə şəhərində qanunsuz olaraq həbs edilmişdir?. ALP və VİP B.Hacıyevin qanunsuz həbsini onun siyasi fəallığına görə repressiya kimi dəyərləndirir və dərhal azadlığa buraxılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA