ViP, ALP və KXCP sədrləri görüzdülər

img

28-02-2011 [05:42]


Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan ilə Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib. MİA-nın xəbərinə görə, görüş VİP və ALP-nin fevralın 26-da yayılan və müxalifət qüvvələrinin bir araya gəlməsinin vacibliyini əks etdirən birgə müraciətinin dəyərləndirilməsi məqsədilə təşkil olunub. Üç partiya liderinin apardığı müzakirələrdə ölkədəki ictimasi-siyasi vəziyyət, yaxın coğrafiyada cərəyan edən proseslər və müxalifət qüvvələrinin bir araya gəlmək imkanları diqqət mərkəzində olub. ALP ilə VİP-in məlum təşəbbüsünü müsbət qiymətləndirən M.Mirəlioğlu ölkənin demokratikləşdirilməsi istiqamətində müxalifətin birgə fəaliyyətinin təşkilinə ciddi ehtiyac olduğunu vurğulayıb. KXCP sədri müxalifət qüvvələrinin əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyünə dair qənaətlərini bölüşüb. Ə.Əliyev ilə Ə.Temirxanın qarşıdakı günlərdə digər müxalifət partiyalarının rəhbərləri ilə də analoji görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA