Aydın Mirzəzadə: "Nüfuzlu dövlətlər Azərbaycanın mövqeyini qəbul etməkdədirlər"

img

25-02-2011 [12:00]


?Dünyanın bir sıra nüfuzlu dövlətlərinin öz vətəndaşlarına Ermənistanın işğalı altında olan torpaqlarımıza səfər etməmək barədə xəbərdarlığı yeni haldır. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur?. Bu fikirləri YAP-ın saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadənin sözlərinə görə, bu proses gələcəkdə də davam edəcək. O bildirib ki, çox nüfuzlu dövlətlərin bu addımı Azərbaycanın mövqeyinin qəbul edilməsi deməkdir. ?Son illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda vəziyyəti obyektiv əks etdirən sənədlərin qəbul edilməsinə nail oluruq. İşğalçı Ermənistan isə çalışsa da, öz mövqeyinə uyğun sənədlər qəbul etdirə bilmir. Gələcəkdə belə mövqedə olan dövlətlərin sayının artmasına, Azərbaycanla bağlı həqiqətlərin daha geniş yayılacağına şübhə etmirəm. Hesab edirəm ki, bu prosesin kuliminasiya nöqtəsi Ermənistanın da öz vətəndaşlarına həmin Azərbaycan ərazilərinə səfər etməməsini tövsiyə etmək olacaq. Bu hadisələr münaqişənin həllini də sürətləndirə bilər?-deyə komitə sədrinin müavini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA