Siyavuz Novruzov KiV-ləri ölkədə çazqınlıq yaratmaqda ittiham edib

img

04-03-2011 [03:14]


Millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında soyqırımı ilə bağlı ümumi bir abidənin hazırlanmasını təklif edib. O bildirib ki, belə vahid abidə-müzey xarici qonaqları başımıza gəlmiş ayrı-ayrı faciələr və təcavüz barədə məlumatlandırmağa imkan verəcək. ?Ayrı-ayrı hadisələr haqqında müxtəlif abidələrin qoyulması ilə hədəflərimizə çata bilməyəcəyik?. YAP icra katibinin müavini həmçinin Qəbələ RLS-lə bağlı məsələyə münasibətini açıqlayıb. Millət vəkili vurğulayıb ki, RLS-nin müqavilə müdətinin başa çatmasına bir il var və yenidən müqavilə bağlanmalı olsa, bu, qarşılıqlı şəkildə müzakirə ediləcək. S.Novruzov bir sıra KİV-ləri ölkədə çaşqınlıq yaratmaqda ittiham edib. ?Bu nəşrlər Bakıya qoşun yığılması və ya filan məmurun fəaliyyəti barədə ağlasığımaz yazılar yazırlar. Bütün bunlar cəmiyyəti çaşdırmaq məqsədi güdür?-deyə deputat vurğulayıb. Bununla yanaşı, S. Novruzov deyib ki. qanunların aliliyinə riayət etməyənlərin cəzalandırılması təbii sayılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA