DUi üzvlərı pərən-pərən düzdü

img

23-02-2011 [01:15]


Dünən Demokratiya Uğrunda İttifaqın fəaliyyətinə xitam verilməsi, dağılması barədə məlumat vermişdik. MQP başqanı, DUİ Sədrlər Şurasının üzvü Vüqar Bəyturan yayılan informasiyanın həqiqəti əks etdirmədiyini bildirərək, aşağıdakıları söylədi: ?DUİ-yə daxil olan partiyalar 22 fevral tarixində fövqəladə toplantı keçirib. Səbəb KXCP-nin DUİ-nin qərarını pozaraq İctimai Palatada təmsil olunmaq haqqında qərar verməsi olub. Böyük Azərbaycan Partiyası buna etiraz olaraq DUİ-dən ayrıldığını bəyan etdikdən sonra, bu qurumda qalan 3 partiyadan biri-KXCP təklif edib ki, DUİ buraxılsın. Səs çoxluğu ilə DUİ-nin buraxılması barədə qərar qəbul edilməyib. KXCP DUİ-də fəaliyyətini dayandırıb, MQP və Azadlıq Partiyaları isə DUİ-də qaldıqlarını bəyan edib. Bundan sonra KXCP Mətbuat Xidməti DUİ-nin buraxılması barədə razılaşdırılmamış və həqiqəti əks etdirməyən məlumat yayıb. Təəsüflər olsun ki, media qurumları və informasiya agentlikləri bu xəbəri sensasiya xarakterli olduğu üçün dəqiqləşdirmədən yayımlayıb. Mən qurum adından bildirirəm ki, Əsasnaməyə uyğun olaraq, DUİ konsensusla buraxıla bilər. Bir partiya 4 partiya adından qərar verə bilməz. Biz DUİ-dəyik, DUİ-yə 3 partiya da üzvlük üçün müraciət edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA