ALDP: "Azərbaycanda da inqilab görünür"

img

22-02-2011 [12:50]


Bu gün Aərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının iclası keçirilib. İclasında hökumətin korrupsiyaya qarşı mübarizəsi və əhalinin sosial problemlərinin həlli ilə bağlı məsələlər müzakirə olunub və müxalifət partiyalara müraciət qəbul olunub. Müraciətdə deyilir ki, Azərbaycanda son günlər antikorrupsiya mübarizəsi ilə bağlı hökumətin apardığı ?islahatlar? heç də şəffaflığı nümayiş etdirmir. Bir sıra nazirlik və komitələrin təcili iclaslarının çağırılması və kiçik rütbəli məmurların işdən azad edilməsi korrupsiyaya qarşı mübarizə üsulu sayılmamalıdır. ALDP hesab edir ki, Azərbaycan hökumətinin təhlükəli hesab etdiyi korrupsiya elə on illərdir nazir və ya komitə sədri kürsüsündə əyləşən monopolist məmurların ?fəaliyyətinin? tərkib hissəsidir. Lakin bu vaxtadək heç bir məmurun korrupsiya ilə bağlı vəzifəsindən azad edilməməsi və yaxud da cinayət işinin açılmaması onu deməyə əsas verir ki, bu məsələdə hökumət də onlarla əlbirdir. ALDP Yaxın və Orta Şərq ərəb ölkələrində baş verən hadisələrin Azərbaycanda da təkrarlanmaması üçün hökumətdən ona və cəmiyyətə məlum olan korrupsioner nazirlərin cəzalandırılmasını tələb edir. Ölkədə yaranmış sosial-iqtisadi probremlərin aradan qaldırılması və hökumətin bu sahəyə diqqətinin cəlb olunması üçün isə ALDP ADP, Ümid, Müsavt, AXCP, KXCP, VİP, ALP, Azadlıq, BAP, Yaşıllar, AMİP partiyalarını müxalifətin birgə mitinqinə dəvət edir. ALDP hesab edir ki, Yaxın və Orta Şərq hadisələri Azərbaycan müxalifətinin fəaliyyətində dönüş yaratmalıdır. Müxalifət Azərbaycan hökumətinin diqqətini əhalinin sosial problemlərinin həllinə, korrupsiyaya qarşı mübarizəyə yönəltməlidir. Əks-təqdirdə Azərbaycanda da inqilab görünür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA