isa Qəmbər xanımları təbrik edib

img

08-03-2011 [11:32]


Müsavat Partiyasının başqanı İsa Qəmbər 8 Mart Beynnalxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir: ?Əziz qadınlar! 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə sizi təbrik edir, hamınıza uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycan qadını tarix boyu gözəllik və ləyaqət simvolu olub, həyatın mühüm dönəmlərində təkcə ailədə yox, cəmiyyətdə də öz fəal mövqeyi ilə seçilib. Ötən əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti, hətta inkişaf etmiş bir çox Avropa ölkələrini də qabaqlayaraq qadınlarımıza geniş siyasi hqquqlar verərkən, təkcə öz demokratik prinsiplərindən çıxış etməmiş, həm də bu ənənələri nəzərə almışdı. Təsadüfü deyil ki, Azərbaycan qadını həm ötən əsrin əvvəllrində vüsət almış milli-azadlıq hərəkatının da, həm də azad və demokratik cəmiyyət quruculuğu uğrunda son illər apardığımız mübarizənin də ön cərgələrində olublar. Bu gün dünyanın əksər ölkələrində qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu daha da artır. Dünyanın xoşbəxt gələcəyi üçün daim narahat olan qadınlar elm, incəsənət, mədəniyyət, siyasət, ümumiyyətlə həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə addımlayırlar. Azərbaycan qadınları da bu ümumi prosesdən geri qalmır, ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal iştirak edirlər. Təəssüf kì, bu gün Azərbaycan qadını layiq olduğu həyatı yaşaya bilmir.1993-cü ildən bəri ölkədə mövcud olan avtoritar rejimin yeritdiyi xalqa zidd siyasət bütün vətəndaşlarımız kimi qadınlarımızın həyatına və fəallığına mənfi təsir göstərir. İnsan hüquqlarının hər addımbaşı pozulduğu bir məmləkətdə qadınlarımız da daim müxtəlif təzyiq və özbaşınalıqlarla üzləşirlər. Qarabağ münaqişəsinin ən böyük ağırlığı qaçqın və köçkün qadınlarımızın üzərinə düşüb. Mövcud rejimin bu problemləri həll etmək iqtidarında olmaması onların olan-qalan ümidini də sarsıdıb. Lakin məhrumiyyətlərlə dolu bu günlərin ömrü çox qısadır. Mən inanıram kì, biz çox yaxın vaxtlarda bu rejimi birdəfəlik tarixin arxivinə göndərəcək, xalqımız öz taleyində əsaslı dönüşə nail olacaq . Həmişə olduğu kimi yenə də Azərbaycan qadını bu proseslərin də fəal iştirakçısı olacaq. Əziz qadınlar! Bir daha bayramınızı təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram. Tanrı sizləri qorusun! Tanrı Azərbaycanımızı qorusun!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA