"Aktrisa" filminin təqdimatı keçiriləcək

img

21-02-2011 [06:21]


Martın 5-də, saat 18:00-da Teatr Xadimləri İttifaqının Tamaşa zalında rejissoru Rövşən İsaxın çəkdiyi "Aktrisa" filminin təqdimatı keçiriləcək. Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq inanır ki, bu qətllərin üstünün açılması bir parolun tapılmasından asılıdır. Ssenari müəllifləri: İlqar Fəhmi, Rövşən İsax, quruluşçu rejissor: Rövşən İsax, quruluşçu-operator: Rövşən Quliyev, bəstəkarlar: Vasif Arifoğlu, Nazim Əhmədov, rejissorlar: Akif Rüstəmov, Mehman Məmmədov, səs rejissoru: Orxan Ağalarov, montaj rejissoru: Vüqar Əmirov, montajçı: İlham Məhərrəmov, icraçı prodüserlər: Abdulnəsir Kutiyev, Rizvan Məmmədov. Rollarda: Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov və başqaları çəkiliblər. Filmin soundtrekini populyar mügenni Röya Nəcəfova ifa edib. Elşad ÜMİD

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA