?SOY?un proqramları ?Xəzər? və ?Space? kanallarında

img

08-02-2011 [02:21]


?ATV? kanalının ən reytinqli verilişlərini istehsal edən ?SOY? kompaniyası yaxın vaxtlarda ?Xəzər? və ?Space? telekanalları üçün də proqramlar hazırlayacaq. Lent.az-ın məlumatına görə, şirkət proqramlarının sayını artıracaq. ?SOY? kompaniyasının prezidenti Oqtay Əliyev Lent.az-a məlumatı təsdiqləyib: ?Proqramların kəmiyyətini artırmaq fikrindəyik. Bir neçə telekanaldan təkliflər almışıq, yaxın vaxtlarda ?Xəzər? və ?Space? kanallarında da proqramlarımız görünəcək. Lakin ?ATV? ilə əməkdaşlığa son qoymağı düşünmürük. Hələlik bu teleklanalda hansı dəyişiklik gözlənilir, onu deyə bilmərəm. Lakin kanala yeni sahibkar gələrsə, qarşılıqlı razılaşma olunacağı təqdirdə bizim əməkdaşlığımız davam edə bilər. Nəticədə biz istehsalçı şirkətik və məhsullarımızı satırıq?. Oqtay Əliyev deyib ki, şirkət hazırda ?ATV? kanalında efirə gedən proqramların çəkilişi ilə məşğuldur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA