Nazir müxalifətçiyə izgəncə verib

img

17-02-2011 [04:17]


?Qarabağ? seçki blokunun 4 saylı Naxçıvan şəhər seçki dairəsindən 2010-cu il parlament seçkilərində namizədi Faiq Əliyevin müşahidəçisi olmuş Nadir Məmmədov seçkilərdən sonra davamlı olaraq Naxçıvan Muxtar Respublikasının hüquq mühafizə orqanlarının təzyiqinə məruz qalıb. Ümid Partiyasının mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, Nadir Məmmədov bununla əlaqədar Naxçıvan MR hüquq mühafizə orqanlarına müraciət etsə də nəticəsiz olub və buna görə də mətbuata üzləşdiyi təzyiqlərlə bağlı açıqlama verib. Bundan sonra Nadir Məmmədov Naxçıvan MR DİN-ə çağırılıb və nazir Əhməd Əhmədov şəxsən ona işgəncə verərək verdiyi bəyanatdan imtina etməyə məcbur etmək istəyib. Nazir eyni zamanda Nadir Məmmədovu təhqir etməkdən də çəkinməyib. Keçmiş müşahidəçi həyatı üçün təhlükə olduğundan Naxçıvandan Bakıya qaçmağa məcbur olub. Ümid Partiyası olaraq məmurların özbaşınalığına son qoyulmasını, günahkarların cəzalandırmasını tələb edirik. Hesab edirik ki, bütün bunlar Ümid Partiyasının fəallarına qarşı yönəldilmiş sistemli prosesin tərkib hissəsidir. Tələb edirik ki, hakimiyyət orqanları siyasi düşüncələrinə görə vətəndaşların təqib olunmasını dayandırsın, konstitusiyamızda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqların təmin olunmasına şərait yaratsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA