Deputatlarımız Vyanaya gedir

img

19-02-2011 [02:31]


Milli Məclisin sədr müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Avstriyanın Vyana şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev də olacaq. Sessiyanın işində 55 ölkədən 250-dək parlamentarinin iştirakı gözlənilir. Tədbirdə parlamentin vitse-spikeri, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə xüsusi qonaq statusunda TÜRK PA-nın nümayəndə heyəti də iştirak edəcək. Fevralın 22-dən 26-dək keçiriləcək sessiyada parlament nümayəndələrinin demokratiya, insan hüquqları və humanitar məsələlər, siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə üç ümumi komitənin iclaslarında iştirakı gözlənilir. Tədbirlərdə immiqrasiya, inteqrasiya və çoxmilli dialoq, Yaxın Şərqdə, Belorusda vəziyyət, son aylarda Misir və Tunisdə baş vermiş hadisələr barədə müzakirələr aparılacaq. Səfər çərçivəsində Bahar Muradovanın Avstriya Milli Şurasının sədr müavini Fritz Neugebauer, ATƏT PA-nın Vyanadakı ofisinin xüsusi nümayəndəsi Andreas Notel və bir sıra digər rəsmi şəxslərlə, bu ölkə parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, həmçinin avstriyalı deputatlarla görüşləri də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA