imizlinin prokuroru ADP rayon təzkilatının sədrini hədələyib

img

16-02-2011 [02:02]


ADP İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarov rayon prokuroru Nizami Göyüşov tərəfindən həbslə hədələnib. MİA-nın xəbərinə görə, M.Zülfüqarov özü də bu faktı təsdiqləyib və rayon prokurorunun ona bir nəfər yaxın adamı vasitəsi ilə hədə qorxu gəldiyini təsdiqləyib və bildirib ki, N.Göyüşov ondan rayondakı ictimai-siyasi eybəcərliklər haqqında mətbuatda verdiyi məqalə və müsahibələrini dayandırmağı tələb edib. M. Zülfüqarov bildirib ki, o, heç bir hədədən çəkinmir və rayondakı neqativ hallar, ədalətsizliklər və məmur özbaşınalıqları ilə əlaqədar məlumatların KİV - də yayılması üçün bundan sonra da əlindən gələni edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA