Siyavuz Novruzov da 7 əsgərin ölümündən danızdı

img

22-02-2011 [02:13]


Milli Məclisin bugünkü iclasında deputatlar fevralın 20-də ?N? saylı hərbi hissədə baş vermiş və 7 nəfərin ölümü ilə nəticələnmiş hadisəyə münasibət bildiriblər. Millət vəkili Siyavuş Novruzov deyib ki, ordu Azərbaycan prezidenti qarşısında cavabdehdir və istintaq qrupunun araşdırılması sona çatandan sonra rəsmi məlumat veriləcək. Deputatın sözlərinə görə, düşmən tərəfində bu cür hallar baş verəndə onların mətbuatı bunu yazmır, ancaq Azərbaycan mətbuatı məsələni geniş işıqlandırır. ?Biz müharibə şəraitində yaşayan bir ölkəyik, bu məsələləri çox da qabartmalı deyilik?. S.Novruzov qeyd edib ki, təkcə ötən il avtomobil qəzasından 2 mindən artıq adam dünyasını dəyişib, 3 mindən artıq adam əlil vəziyyətinə düşüb. ?Ordu da bir qurumdu, orduda da insanlar var, bu məsələlərə diqqət yetirmək lazımdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA