AiDP sədri Angela Merkelə məktub ünvanlayıb

img

15-02-2011 [05:08]


Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelə məktub ünvanlayıb. Məktubda deyilir: ?Hörmətli xanım Merkel! Ötən əsrin sonu və indi, dünya xalqları fikir və düşüncədə gələcəyi yeni baxışla yaşamaq, görmək arzusundadı. Sivilizasiyalar arasında dialoq, mədəniyyətlərin danışması, dünya dinlərinin bir-biri ilə bağlantısı, dini-siyasi cöğrafiyanin genişlənməsi, elmi, siyasi, fəlsəfi, iqtisadi əlaqələrin dəyərləndirilməsi, insanların fitrətində olan insanlıq və sevgi amili və s. qardaşlıq üçün əsas səbəblərdəndir. Səlib yuruşləri təcrubə baxımından bizə sülh və barışın nə olduğunu anladır. Dini döyüşlər tarixə öyrətdi ki, dinlər qılıncla inkişaf edə bilməz, yalnız dialoq və danışıqla özünü göstərər. Əks halda dünya hələ çox diktatorların peyda olmasına və ziyanlı fəaliyyətinə şahidlik edə bilər. Demokratıya ilə birləşən din dünyanı diktatorasız istəyir. Təəssüflər olsun ki, əsrlər boyu diktatorlar dini vasitə edib zülmün xidmətinə alıblar. Amma artıq dini islahata ciddi yanaşmalıyıq. Dinləri yanlış təfsir edənlərə demokratiyanın nə olduğunu dünya atlasında öyrətməliyik. İnsanlara dinlərin nemət olduğunu göstərməliyik. Hörmətli xanım Merkel! Almanya Xristian Demokrat Partiyası Almanyanın və eləcə də dünya siyasi olaylarında ciddi təsirləri olmaqla bərabər son zamanlar siyasi təcrubə qazanmışdır. Biz bu müvəffəqiyyəti təbrik edərək, partiyanızın siysi-mənəvi dəyərlərini nəzərə alırıq, islam- xiristian dünyalarını vəhdətə çağırır, Sizi mədəniyyətlərin dostluğuna doğru irəliləməyə dəvət edirik?. Müraciətdə daha sonra bildirilir: ?Azərbaycan İslam Demokrat Partiyası olaraq Xristian Demokrat Partiyası ilə fikir, düşüncə, ideya və təcrubələrimizi paylaşmaq niyyətindəyik. Biz vahid dini idealogiyanın tərəfdarı deyilik. Dinlər arası vəhdətin dərinləşməsi istiqamətində çalışırıq. Bütün dinlər Allah təala tərəfindən insana təklif olunub. Bütün dinlərin özəllikləri var. Yəni insanı həqiqətə tərəf yönəldən özəlliklər dinlərin iştirak nöqtəsidir. Hesab edirik ki, Şərq və islam filosofu İqbali Lahurinin axtardığı vəhdət artıq gündəmə gətirilməlidir. İqbali İslam ölkələrinin vəhdətindən əlavə dinlərin vəhdətindən də söz açmışdı. Təbii ki, dini islahatlar öncə Qərbdə başlayıb. Biz İslam Demokrat Partıyası olaraq dini islahatı önəmli sayıb, bu sahədə ciddi addımlar atırıq. Hesab edirik ki, dini doqmatizmlikdən qutarmalıyıq. Din vasitə deyil. Dini vasitə edən insanların əleyhinəyik. Dini simvolları, dəyərləri, qəhrəmanları öz inhisarlarına alan şəxslərin əleyhinəyik. İslam dinində çeşidli düşüncələrin döyüşməsini istəmirik. Bu düşüncələrin vəhdətinə çalışırıq. Vəhdət, Həzrəti (ə) İsanın ülvi nəfəsindən və Həzrəti Muhəmmədin (s) mələkuti səsindən başlanşr. Vəhdət və sülh 21-ci əsrin itmiş gövhəridir. Bu itmiş neməti tapıb insanlara qaytarmalıyıq. Vəhdət zəmanəmizin zərurətidir. Hörmətli xanım Merkel! Dini kimliyin ən uca zirvəsi vəhy və ilham qaynağı olan haqq Təaladır. Firansisko Asizi demişkən, ?yetər ki, insan vahid tanrıya inansın?. Bəli, insan gərək başqa dinləri təhqir və təhrif etməyib onlarla bağlantı qursun. Dinlərə təhqir və tərəddüdlə yanaşan insanlara dini demokratiyanın yollarını göstərmək vəzifə borcumuzdur. Bu səbəblərə rəğmən İslam Demokrat Partıyası xristian ölkələrində fəaliyyət göstərən partıyalarla, təşkilatlarla vəhdətə aparan dialoq açmaq niyyətindədir. Biz dünyada olan dini-demokrat üzləri və şəxsiyyətləri insanlara göstərib onların fəaliyyətini dəstəkləmək fikrindəyik. Bununla Azərbaycanda milli-dini şüurun inkişafı istiqamətində ciddi addımlar atmaq fikrindəyik. Eyni zamanda Azərbaycanın siyasi-dini şüur özəlliklərini bütün dünya ilə paylaşmaq istəyirik. Ən əsas fikrimiz dünya dinlərinin vəhdətini yaradan özəlliklərini ortaya qoymaq istəyirik. Bu yolda bizə vəhdət əli uzadan insanların əllərini sıxırıq. İnanırıq ki, Siz bizim bu çağırışımıza müsbət cavab verəcəksiniz və əhatə dairəsinin genişlənməsinə yardımçı olacaqsınız?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA