ALDP: "10 idən artıq vəzifədə olan məmurlar məsuliyyətə cəlb olunmalıdırlar"

img

09-02-2011 [12:35]


?zərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyilə Sədr Aparatının növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul olndu. Bəyanatda deyilir: Son günlər hakimiyyətin korrupsiyaya qarşı mübarizəsinin ?canfəşanlığı? müşahidə olunur. Dövlətin bütün strukturlarında, icra nümayəndələrində, nazirliklərdə, dövlət təşkilatlarında kiçik rütbəli məmurların rüşvətə görə tutulması və işdən azad olunması faktlarının artması hallarını müşahidə edirik. Digər tərəfdən təqaüdlərə fevralın birindən 6 manat əlavə olunması və dərhal suyun, qatarlarda gediş haqlarının, ərzaqların qiymətlərinin 10% qaldırılması vətəndaşların sosial problemlərin daha da ağırlaşmasına gətirib çıxarıb. ALDP olaraq hesab edirik ki, korupsiyaya qarşı mübarizə görüntülü xarakteri daşıyır. ALDP hxesab edir ki, kiçik ranqlı məmurların rüşvətə sövq edən onlardan yuxarıda olan məmurlardır və əqər bu faktlar belə kütləvi xarakter daşıyırsa, onda hökümət bütün tərkiblə istefaya qetməlidir. Respublikada monopoliyanı yaradan və qiymət artımı siyasətinin həyata keçirməklə əhalinin hesabına öz "planlarını" dolduran 10 idən artıq vəzifədə olan məmurlar məsuliyyətə cəlb olunmalıdırlar. ALDP sosial partlayışın qarşısını almaq üçün qiymətlərin aşağı salınması, təqaüdlərin və maaşların artırılması ilə yanaşı höküməti istefayə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA