Arzu Səmədbəyli Rəsul Quliyevə cavab verdi

img

14-02-2011 [12:50]


Eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev müxalifət partiyalarının ünvanına tənqidi fikirlər səsləndirib. Eks-spiker bu dəfə aparıcı müxalifət partiyalarının bir araya gəldiyi İctimai Palatanı hədəfə götürüb. Onun ?Parlamentdə təmsil olunmayan, müxalifət adlandırılan qrupun mövqeyi bu seçkilərdən sonra bir qədər də zəifləyib. Düşünürəm ki, həmin dediyim müxalifət parlamentdən sonra qondarma ?İctimai Palata?? yaratmaqla cəmiyyətdəki zəif mövqeyinə bir daha zərbə vurdu. Mən təəssüf edirəm ki, sözün əsl mənasında ölkənin gələcəyi üçün narahat olan, ürəkdən yanan bəzi liderlər də bu işə qoşuldular?, deməsi qarşı tərəfin narazılığı ilə qarşılanıb. Məsələylə bağlı açıqlama verən Müsavat Məclisinin sədri Arzu Səmədbəyli R.Quliyevin fikirlərinin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, eks-spiker ölkədəki proseslərdən xəbərsiz olduğuna görə, bu kimi əsası olmayan, məntiqsiz fikirlər səsləndirir: ?Rəsul Quliyev son proseslərdən kənarda qalan, informasiyasız adamdır. Əgər tam dəqiq məlumatı olsaydı, bu cür danışmazdı. Çünki İctimai Palatanın bu gün Azərbaycandakı nüfuzu, çəkisi, artmaqda olan dəyəri göz qabağındadır. Son dövrlər İctimai Paltaya gəlmək istəyənlərin sayı çoxalmaqdadır. Rəsul Quliyev bu prosesləri dəqiq bilmədiyinə görə, düşünmədən fikirlər səsləndir. Sadəcə olaraq, o, hər zaman siyasi müxalifəti inkar etmək mövqeyində dayanıb. İndi də həmin o mövqenin davamı kimi əsassız açıqlamalar verir. Üç il bundan öncə də, beş il bundan sonra da soruşsanız, Rəsul Quliev həmin mövqeni sərgiləyəcək. Amma kimin nə deməsindən asılı olmayaraq, İctimai Palata ölkədə əsas güc mərkəzinə çevrilməkdədir. Bu gün də İctimai Palatya alternativ ikinci bir güc mərkəzi yoxdur. Yaxın zamanlarda İctimai Palata ölkə hüdudlarından kənarda da ən əsas güc mərkəzi kimi qəbul olunacaq. Yəqin ki, Rəsul Quliyev də İctimai Palatanın gücünü görəndən sonra fikirini dəyişəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA