MSK üzvlüyünə namizədlərin siyahısı açıqlanıb

img

21-02-2011 [12:44]


Fevralın 22-də Milli Məclisin (MM) növbəti iclası keçiriləcək. MM-in mətbuat xidmətindən verilən məlumata görə, iclasda İnzibati Xətalar məcəlləsinə (İXM) əlavə və dəyişiklik, Gömrük Məcəlləsi və digər məsələlər müzakirə olunacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması da müzakirə ediləcək məsələlər sırasındadır. Artıq MSK üzvlüyünə namizədlərin siyahısı, onların tərcümeyi-halı da daxil olmaqla məlumatlar parlament üzvlərinə təqdim olunub. 18 nəfərlik siyahıda bu şəxslərin adları yer alıb: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (bir siyasi partiya mənsubiyyəti olmayan olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb). Deputatlara paylanmış siyahıda yalnız MSK üzvlüyünə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş Elxan Şükürlünün adı yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA