Əli Kərimli ATƏT PA-nın vitse-prezidenti ilə görüzüb

img

12-02-2011 [02:46]


ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossruk bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə parlament seçkiləri dəyərləndirilib. AXCP sədri seçkidən sonra baş tutan bu ilk görüşdə qonağın nəzərinə total seçki saxtalaşdırılmasından, xalqın iradəsinə zidd parlament formalaşmasından danışıb. Əli Kərimli bildirib ki, seçkilər zamanı hər hansı rəqabət mühiti, seçki kampaniyası dövründə sərbəst toplaşmaq azadlığı olmayıb, söz və mətbuat azadlığı məhdudlaşdırılıb, siyasi partiyalar və bloklar təşviqat kampaniyasından kənarda saxlanılıb. AXCP sədri iki ciddi iradını Volfqanq Qrossrukun diqqətinə çatdırıb. Hər seçkidən sonra beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə tədrici demokratikləşmə üçün tövsiyələr hazırladığını, lakin onların heç biri yerinə yetirilmədiyini bildirib: ?Tədrici demokratikləşmə prosesi alınmadığı halda isə, çox təəssüf ki, bəzi beynəlxalq təşkilatların təmsilçiləri real dəyişiklər üçün yox, hökumətin demokratiyanı imitasiya etmək siyasətinə kömək istiqamətində fəaliyyət göstərir?. O, bu cür fəaliyyətin Azərbaycan müxalifətində və vətəndaş cəmiyyətində dərin məyusluq yaratdığını söyləyib. Əli Kərimli parlament seçkilərindən sonra Volfqanq Qrossrukun ATƏT-in Varşava bürosuna yazdığı, mətbuata sızan gizli məktub haqda da söz açıb. AXCP sədri Volfqanq Qrossruka bildirib ki, onun məktubda beynəlxalq təşkilatlara Azərbaycan hökumətinə yumşaq davranış nümayiş etdirməyə, daha loyal ifadələrlə danışmağa çağırış etməsi onların təəccübünə və məyusluğuna səbəb olub. Bu kimi halların cəmiyyətdə beynəlxalq qurumlara qarşı etimadsızlıq yaratdığı xatırladıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA