?Akkord? deputat Adil Əliyevin çayxanasını sökür

img

15-02-2011 [04:38]


?Akkord? Şirkətlər Qrupu Milli Məclisin deputatı Adil Əliyevə məxsus çayxananı sökür. Metronun ?Gənclik? stansiyasının yaxınlığında yerləşən ?Pürrəngi? adlı çay evinin söküntüsünə dünəndən başlanılıb. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, çayxananın sökülməsi ərazidə dairəvi keçidin inşası ilə bağlıdır. Tikinti işləri təxminən 1 hektar ərazini əhatə etdiyi üçün Atatürk prospektində yerləşən çay evi də plana düşüb. İş icraçılarından biri MİA-ya bildirib ki, A.Əliyevin çayxananın sökülməsinin qarşısını almaq üçün göstərdiyi səylər nəticəsiz qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA