Qarabağ və Respublika Uğrunda Hərəkatın təzkilatçıları toplandılar

img

04-02-2011 [03:44]


Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkatı bərpa etmək məqsədilə çıxış edən və təşəbbüs göstərən dörd siyasi partiya sədri Ümid Partiyasının qərargahında toplanıb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, dörd saatdan çox davam edən toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, VİP sədr Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan iştirak ediblər. Görüş zamanı Qarabağ və Respublika uğrunda hərəkatın bərpası məqsədi üçün görülməsi nəzərdə tutulan işlər, rəsmi sənədlərin və əsasnamənin hazırlanması məsələləri müzakirə olunub. Hərəkat rəhbərləri eyni zamanda hərəkatın bərpasından sonra yaradılması nəzərdə tutulan strukturların hansı şəkildə formalaşdırılması haqqında da fikir mübadiləsi aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA