ümid Partiyası Ziya Məmmədovun oğlunu geri çəkilməyə çağırır

img

03-02-2011 [02:38]


Yasamal rayon Məhkəməsində ZQAN Holdinqin başçısı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ?Yeni Müsavat? və ?Azadlıq? qəzetlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edir. Anar Məmmədov mənəvi zərərə görə qəzetlərin hər birindən 250 min manat təzminat istəyir. Iş adamı heç bir şəkildə iddiasını geri götürmək fikrində deyil. Bununla bağlı olaraq Ümid Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Şəbnəm Karslı bildirib ki, halhazıra qəzetlərin maddi durumu zatən acınacaqlıdır. ?A.Məmmədovu KİV-in inkişafına dəstək nümayiş etdirərək iddiasını geri götürməyə çağırırıq. Ölkədə mövcud olan söz və mətbuat azadlıqlarının kəskin şəkildə pozulduğu bir zamanda ?Yeni Musavat? və ?Azadlıq? kimi qəzetlərin yüksək məbləğlə cərimələnməsi onların iflicinə səbəb ola bilər. Bu kimi hallar mətbuat orqanlarının işini daha da ağırlaşdırmağa xidmət edəcək. Ümid Partiyası olaraq məmurları və KİV-lə məhkəmə çəkişməsində olan bütün şəxsləri dözümlü olmağa çağırırıq. Diffamasiya haqqında qanunun hələ də qəbul edilməməsi bu kimi halların sonuncu olmayacağını gösətərir? deyən partiya funksioneri Ş.Karslı Yasamal rayon məhkəməsini ədalətli qərar çıxarmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA