Səməd Seyidov Saakazvilinin anası ilə görüzüb

img

04-02-2011 [01:52]


Fevralın 4-də Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, ?Gürcüstan və Azərbaycan Dostluq Evi?nin rəhbəri Giuli Alasaniya Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub. MİA-nın xəbərinə görə, universitetin rektoru, millət vəkili Səməd Seyidovla, universitetin professor-müəllim heyəti ilə keçirilən görüşdə rektor S. Seyidov Azərbaycanla Gürcüstan arasında olan münasibətlərin əməkdaşlıq və qardaşlıq səviyyəsində olduğunu bildirdi. Bu münasibətlərin yüksək səviyyədə olması üçün çalışdıqlarını bildirdi. Rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verən rektor burada bir çox xarici dillərin tədris olunduğunu, gələcəkdə də bir çox dillərin tədris edilməsinə səy göstərdiklərini qeyd etdi. O cümlədən yeni yaradılan Qafqazşünaslıq ixtisası barədə də danışdı : ?Biz Amerikanı, Böyük Britaniyanı, İndoneziyanı, Malayziyanı öyrənirik və bu yaxşı haldır. Amma qonşuları daha da yaxşı öyrənmək lazımdır?. Gürcüstanla siyasi, iqtisadi münasibətlərlə yanaşı, təhsil və elm sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirən S. Seyidov ADU-da keçirilən beynəlxalq konfransda digər ölkələrin alimləri ilə yanaşı, gürcü alimlərinin də iştirakını müsbət qiymətləndirdi. O, həmçinin gürcü alimlərinin iştirakı ilə Azərbaycanda fransız dili üzrə müdafiənin keçirildiyini bildirdi. Rektor beynəlxalq layihələrdə birgə iştirak etmək üçün Azərbaycan və Gürcüstanın təhsil sistemində bütün imkanların olduğunu bildirdi. S. Seyidov həmçinin ADU-da tətbiq olunan Bolonya prosesi, universitetlərin maliyyələşdirmə sistemi haqqında da qonaqlara məlumat verdi. Öz növbəsində Giuli Alasaniya ilk dəfə ADU-da olmağından məmnunluğunu bildirdi və burada isti qarşılandığından sevindiyini dilə gətirdi. G. Alasaniya prorektoru olduğu Gürcüstan Universiteti haqqında, eləcə də Gürcüstan təhsil sistemi haqqında məlumat verdi. İki ölkənin təhsil sahəsində əməkdaşlığının vacibliyini dilə gətirdi. Sonra rektor Səməd Seyidov professor Fəxrəddin Veysəllinin müəllifi olduğu ?Ümumi dilçilik ensiklopediyası?, ?Azerbaijan İnternational? jurnalının baş redaktoru Betti Bleyerin araşdırma xarakterli ?Əli və Nino?, eləcə də 2010-cu ildə ADU-da keçirilən Beynəlxalq konfransın tezislərinin çap olunduğu kitabları qonağa hədiyyə etdi. Sonda G. Alasaniya və onu müşayiət edən nümayəndə heyəti ADU-nun İnformasiya-Resurs Kompleksi ilə tanış oldular. Qeyd edək ki, görüşdə Gürcüstan Universitetinin rektoru Manana Sanadze, Gürcüstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikoloz Qogikidze, Gürcüstandakı M.F. Axundov adına Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Əliyeva da iştirak edirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA