Qarabağ və Respublika Uğrunda Hərəkat bərpa olunur

img

31-01-2011 [12:40]


Qarabağ və Respublika Uğrunda Hərəkat bərpa olunacaq. Bu barədə ?Qarabağ? siyasi blokunun Məmməd Əmin Rəsulzadənin xatirəsinə həsr olunmuş tədbirindəÜmid Partiyasının sədri İqbal Ağazadə bildirib. O deyib ki, bu qurumun bərpası ilə bağlı əməkdaşlığa dair saziş Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Partiyası, Ümid Partiyası və Azərbaycan Demokrat Partiyası arasında imzalanacaq. İ.Ağazadə deyib ki, sazişin imzalanması mərasimi yaxın günlərdə keçiriləcək. Qurumun struktur və forması istiqamətində isə müzakirələr davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA