Qulamhüseyn Əlibəyli hakimiyyəti polis və məmur özbazınalığna son qoymağa çağırdı

img

31-01-2011 [03:28]


Aydınılar Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. MİA-nın məlumatına görə, iclasda ölkədəki siyasi-iqtisadi vəziyyət və partiyanın 2011-ci ildə görəcəyi işlər müzakirə edilib. Partiyanın sədri Qulamhüseyn Əlibəyli ölkədəki polis və məmur özbaşınalığından danışıb, vətəndaşların həyatına qanunsuz müdaxilələrin dözülməz həddə çatdığını vurğulayıb. Aydınlar Partiyası hakimiyyəti polis və məmur özbaınalığna son qoymağa və qanunlara əməl etməyə çağırıb. Siyasi Şurada Şərqdə ilk demokratik respublikanın yaradılmasında və Azərbaycanın istiqlaliyyət qazanmasında müstəsna xidmətləri olan Musavat Partiyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının vacibliyi vurgulanıb və bununla bağlı müafiq dövlət qurumlarına müraciət qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA