Ziyavət Əsgərov sərt danızdı: "Bəzi səfirliklər agentura rolunu oynayır"

img

01-02-2011 [01:45]


Milli Məclisin bu gün keçirilən iclasında son günlər Avropa Şurasının Azərbaycanda siyasi məhbus problemi ilə bağlı qaldırdığı məsələlər müzakirə olunub. Millət vəkilləri Avropa Şurasının Azərbaycana qarşı düzgün və qərəzsiz mövqe nümayiş etdirməsindən narazı olduqlarını bildiriblər. Parlamentin vitse-spikeri Ziyafət Əsgərov daha sərt danışıb və bildirib ki, Avropa Şurasına daxil olan ölkələrin əksəriyyəti, o cümlədən Amerika özü Azərbaycanın iqtisadi inkişafına hər vəchlə zərbə vurmaq istəyir: ?Avropa Şurasında təmsil olunan bəzi ölkələrdən olan həmkarlarımız açıq şəkildə deyirlər ki, Avropa Şurasının Azərbaycanda siyasi məhbus məsələsini qaldırması daha çox Azərbaycanın müsəlman ölkəsi olması ilə əlaqədardır. Bu nə deməkdir? Elə müsəlmanları qırın, xristinalara dəyməyin. Hətta bəzi səfirliklər agentura rolunu oynayır və mən bilirəm ki, həmin səfirliklər Avropa Şurasına və digər beynəlxalq təşkilatlara siyasi məhbus problemini şişirdərək məlumat göndərirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA