ümid Partiyasından Gömrük komitəsinə qarzı sərt ittiham

img

28-01-2011 [03:07]


Məlum olduğu kimi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dünən keçirilən genişləndirilmiş toplantısında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edərək iqtisadiyyatda inhisarçılıq meyllərinin aradan qaldırılmasının vacibliyindən danışıb. Ümid Partiyasının mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, keçirilmiş toplantı ilə bağlı partiyanın iqtisadi-siyasət komissiyasının sədri Razi Abasbəyli açıqlama verib. O bildirib ki, əslində inhisarçılıq edən heç də iş adamları yox, onların arxasında dayanan məmurlardır: ?Çünki heç bir iş adamı gömrük orqanlarından idxal edilən məhsula görə qadağalar tətbiq etmək tapşırığı vermək səlahiyyətində deyil. Bu gün ölkə iqtisadiyyatında inhisarçılıq gömrükdən başlayır. Hansısa müstəqil hüquqi və ya fiziki şəxsə ölkəyə hər hansı malın gətirilməsinə imkan verilmir. Bu gün hakimiyyətin səlahiyyətli nümayəndələri, o cümlədən Korrupsiya və Rüşvətxorluqla Mübarizə üzrə Komissiyada da çox gözəl bilirlər ki, ərzaq məhsullarına, meyvə-tərəvəzə, tikinti materiallarına, yüngül sənaye məhsullarının idxalı kimlərin, konkret olaraq hansı məmurların himayəçiliyi ilə ölkəyə daxil olur. O cümlədən ixrac məhsulları üzərindəki inhisarçılığın olması da danılmaz faktlardan biridir. Hətta iş o yerə çatır ki, sahibkarları öz şirkətlərinin deyil, bəlli adamların şirkətlərinin adına mal gətirməyə məcbur edilir, qiymətlər çox aşağı rəsmiləşdirilir və bununla da külli miqdarda dövlət vəsaitləri mənimsənilir. Və ya öz şirkətinin adına mal idxal edən sahibkarın yükü gömrükdə bürokratik əngəllər yaradılaraq günlərlə, hətta aylarla yubadılır. Xüsusilə də ərzaq məhsullarının idxalının bilərəkdən, hansısa inhisarçı məmurun tapşırığı ilə yubadılması, onun yararsız hala düşməsinə səbəb olur. Saxlanma müddəti ilə bağlı məhdudiyyət olmayan digər məhsulların idxalı zamanı isə qeyri-rəsmi olaraq yüksək gömrük rüsumları tələb edilir. Məhsulun alış qiymətini gömrük orqanlarında verilən invoyslarla deyil, hansısa məmura sərf edən formada, dörd-beş qat baha formada gömrük rüsumları formasında tətbiq edilir. Bütün bunlar da ölkədə yüzlərlə sahibkarın müflis olmasına səbəb olur?. R. Abbasbəyli əlavə edib ki, onlar Ümid Partiyası olaraq hesab edirlər ki, ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaq, gömrük orqanlarında şəffaflığın təmin edilməsi məqsədilə xüsusi şuralar yaradılmalıdır. Bu şuralarda ictimaiyyətin nümayəndələri dəvət edilməli və gömrük orqanlarında şəffaflığın təmin edilməsi üçün sərt ictimai nəzarət mexanizmləri işlənilməlidir: ?Əgər hökumət həqiqətən də ölkədə sahibkarlığın inkişafında maraqlıdırsa, həqiqətən də inhisarçılığın azaldılmasına çalışırsa, o zaman gömrük orqanlarında ictimai nəzarəti təşkil etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA