ALDP-nin hakimiyyətdən tələbi var

img

28-01-2011 [02:02]


?zərbaycan Liberal Demokrat Partiyası (ALDP) Sədr Aparatının növbəti iclası keçirilib. İclasda ölkədə və dünyada baş verən məlum məsələlərlə yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi nümayəndələrinin əmək haqlarının qaldırılmasının vacibliyi məsələsi də müzakirə olunub. Partiyanın sədri Fuad Əliyev bildirdi ki, Tunis, Misir və digər ərəb ölkələrində yaranmış vəziyyəti sosial patlayışlarla və xalqın hakimiyyətə inamının itməsi ilə bağladı. Onun sözlərinə görə hər bir ölkədə sosial patlayışlar qarşıdurma ilə nəticələnib. Yəmən, Tunis və yaxud Misirdə baş verən məlum hadisələrin Azərbaycanda təkrarlanmasının mümkünlüyünü vurğulayan partiya sədrinin sözlərinə görə hakimiyyər bunu nəzərə almalıdır. F.Əliyev dedi ki, Azərbaycan hökuməti bir sıra Avropa təşkilatlarının üzvü kimi orta aylıq əmək haqqı ilə minimum əmək haqqı arasında fərqin azaldılması ilə bağlı müəyyən öhdəliklərə malikdir. Bura həmçinin pensiyaların minimum baza hissəsinin artırılması da əlavə edilə bilər. Hökumət həmçinin minimum yaşayış tərzini də yaxşılaşdırmaq barədə öhdəlik götürüb: ?Bir ildən artıqdır ki, maaşlarda artım müşahidə olunmur. Baş Kollektiv Saziş və Avropa Şurasının Sosial Xartiyası üzrə götürülən öhdəliklərdən əlavə yerli qanunvericiliyin də tələbləri var. Xüsusilə büdcədən maliyyələşən müəllimlər, səhiyyə və mədəniyyət işçilərinin maaşı hətta orta aylıq əmək haqqından da aşağıdır. Onların maaşlarının artırılması çox ciddi problemdir?. F.Əliyev qeyd edib ki, adıçəkilən sosial sferaya aid olan insanlar yalnız büdcə vəsaitləri hesabına maaş alırlar. Partiya sədri pensiyaların azlığından da narahat olduqlarını söyləyib. Onun sözlərinə görə hökumətin daha bir öhdəliyi odur ki, orta pensiya orta aylıq əmək haqqının 40 faizi həcmində olmalıdır. Azərbaycanda orta aylıq əmək haqqı 315 manatdırsa, onda orta pensiya 130 manat olmalıdır. Ancaq rəsmi statistika göstərir ki, orta pensiya 104 manatdır. Büdcədən maliyyələşən insanların maaşlarının hökumətin qərarlarına bağlı olduğunu deyən partiya sədri maaşların artırılması təklifiilə çıxış edib. O qeyd edib ki, bu gün neftin dünya bazarında qiyməti 95-98 dollardır. Neftin qiymətinin dünya bazarında bir dollar artması belə Azərbaycanda ÜDM-nin həcminin artması deməkdir. Bu isə o deməkdir ki, hökumətin maaş və pensiyaları artırması üçün heç bir çətinlik yoxdur. Sadəcə konkret addımlar atılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA