ADP hakimiyyətdən ciddi islahatlar tələb edir

img

07-02-2011 [03:45]


Bu gün ADP idarə Heyətinin növbəti toplantısı keçirilib. MİA-nın xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri bir sıra Avropa iş adamları tərəfindən Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan bu bölgəyə yatırımlar yatırtmaq cəhdlərindən narahat olduğunu bildirib və bu hərəkətlərin həmin ölkələrlə Azərbaycan arasında yaranmış qarşılıqlı münasibətlərə xələl gətirməklə bərabər, beynəlxalq hüquqa və elan edilmiş atəşkəs rejiminə zidd olduğunu diqqətə çatdırıb və hakimiyyəti ATƏT-in Minsk qrupunun missiyası çərçivəsindən kənara çıxan və separatizmin güclənməsinə xidmət edən bu təşəbbüslərin qarşısını almaq üçün beynəlxalq səviyyədə adekvat addımlar atmağa çağırıb. ADP QHT-LƏRİN MÜDAFİƏSİNƏ QALXDI İdarə Heyəti üzvləri hüquqi və fiziki şəxslərin məcburi auditə cəlb edilməsinə yönələn inzibati xətalar məcəlləsinə əlavə və dəyişiklər edilməsi haqda qanun layihəsinin ortaya atılması məsələsinə münasibət bildirib və Qeyri Hökumət Təşkilatlarının da cəlb edilməsini nəzərdə tutan bu qanun layihəsinin onların fəaliyyətinin məhdudlaşdırılmasına yol açmasından narahat olduğunu diqqətə çatdırıb və hakimiyyəti demokratiyanın əsas daşıyıcısı olan vətəndaş institutlarına qarşı istiqamətlənən qeyri demokratik addımlardan geri durmağa çağırıb. O.KAZIMOV VƏKİLLƏR KOLLEGİYASINA BƏRPA EDİLMƏLİDİR İdarə heyəti üzvləri tanınmış vəkil və hüquq müdafiəçisi O.Kazımovun vəkillər kollegiyasının üzvlüyündən kənarlaşdırılması məsələsindən ciddi narahat olduğunu bildirməklə, bunun hakimiyyətin siyasi sifarişi ilə həyata keçirilməsi və bu yolla vətəndaşların hüquqlarını müdafiə edən vəkillərin müstəqilliyinin əlindən alınması kimi qiymətləndirib və hüquq müdafiəçiləri də daxil olmaqla bütün demokratik qüvvələri onun müdafiəsinə qalxmağa çağırıb. ADP YENİ PARLAMENT SEÇKİLƏRİNƏ ÇAĞIRIŞ ETDİ Misirdə və digər Yaxın Şərq ölkələrində başlanan inqilabi hərəkatlara bir daha münasibət sərgiləyən partiya yetkililəri bu hadisələrin arxasında həmin ölkələrdəki diktatura rejimlərinin xalqların azadlıq istəklərinin boğması, korrupsiya və rüşvətxorluğun cəmiyyət həyatını sarsıtması və hər bir vəchlə demokratiyanın qarşısının alınması faktlarının durduğunu bildirib və insanlığa zidd bu antibəşəri addımlar davam etdikcə nəinki bu ölkələrdə, həmçinin avtoritarizm və diktaturanın hökm sürdüyü digər ölkələrdə də inqilabi proseslərin qaçılmaz olduğunu diqqətə çatdırıb. İdarə heyəti üzvləri bu hadisələrdən sonra təşvişə düşüb Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompaniyası aparılması təşəbbüsünün keçici olduğunu və bu kompaniyanın cəmiyyət həyatında ciddi dəyişikliklər yaratmayacağını diqqətə çatdırmaqla, minlərlə insanın ölümünə və dərin kataklizmlərə gətirib çıxaran bu cür inqilablardan yayınmağın yolunun yalnız ölkədə yeni və xalq etimadına layiq parlament seçkilərinin keçirilməsi, siyasi dialoqun başlanması və ölkədə qanunun aliliyi prinsipinin qorunmasına xidmət edən konstitusion islahatların başlanmasından sonra mümkün olacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA