Dünya zöhrətli müğənni Elton Con "ata" oldu

img

28-12-2010 [12:58]


Məşhur britaniyalı müğənni Elton Con və onun rəsmi nigahlı həyat yoldaşı, kanadalı dizayner və kinorejissor Devid Ferniş oğulluğa uşaq götürüblər. ?US Weekly?nin yaydığı xəbərə görə, Zahari Cekson Livon Ferniş-Con adlandırılan körpə surroqat ana tərəfindən dünyaya gətirilib. Qeyd edək ki, Elton Con və 43 yaşlı Ferniş artıq 17 ildir ki, bir yerdə yaşayırlar. Onlar 1993-cü ildə ümumi tanışlarından birinin təşkil etdiyi şam yeməyi zamanı tanış olublar. Elton Con oğlan dostuna spirtli içki və narkotik maddələr asılılığından xilas olmaqda kömək olub. 2005-ci ildə Con və Freniş qarşılıqlı münasibətlərini qanuniləşdirmək qərarına gəliblər. Vətəndaş nigahına girmə mərasimi dekabrın sonları Britaniyanın Vindzor şəhərində baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA